Slovakiyanın güllələnən baş naziri yenidən əməliyyat olunacaq - YENİLƏNİB

Sui-qəsdə məruz qalaraq ağır yaralanan və beşsaatlıq əməliyyatdan çıxan Slovakiyanın Baş naziri Robert Fitsonu yeni əməliyyat gözləyir.

Ötən gün beş saat davam edən əməliyyat zamanı həkimlər Fitsonun qarın boşluğundakı qanaxmanı dayandıra biliblər. Lakin qanı durulaşdıran dərmanlar problem yarada bilər. 

Həmçinin baş nazir omba oynağından da əməliyyat olunacaq. 

11:51

“Slovakiyanın Baş naziri Robert Fitso çoxsaylı güllə yarası ilə xəstəxanaya daxil olub”.

Bu barədə baş nazirin qaldığı xəstəxananın direktoru danışıb.

Onun sözlərinə görə, 59 yaşlı baş nazir beş güllə yarası alıb:

“Fitso kritik vəziyyətdə xəstəxanaya çatdırılıb. Əməliyyat otağında beş saat qalıb və bu müddət ərzində həkimlər onun həyatı və sağlamlığı üçün mübarizə aparıblar”.

“Hər şey uğurla başa çatdı. Hazırda onun həyatı üçün hər hansı təhlükə yoxdur”, - deyə baş həkim vurğulayıb.

10:18

Slovakiyanın Baş naziri Robert Fitsonun həyatı sui-qəsd cəhdindən sonra hələ də təhlükə altındadır.

Xatırladaq ki, Fitsoya hücum mayın 15-də hökumət iclasının keçirildiyi binadan çıxarkən baş verib. Cinayətkar bir neçə dəfə ona atəş açıb, nəticədə Slovakiyanın baş naziri ağır yaralanıb.

Məlum olub ki, atəş açan şəxs müxalif “Proqressiv Slovakiya” partiyasının tərəfdarı olan 71 yaşlı yazıçı Yuray Sintuladır.

Hadisədən sonra xəstəxanaya çatdırılan Fitsonun qarnından, sinəsindən və əlindən xəsarət aldığı bildirilib.

Mənbə: Markiza, Mk.ru, TASS

1.1369988918304