Estoniyada təlimlərdə ABŞ-li və britaniyalı desantlar xəsarət aldılar - VİDEO

NATO-nun Estoniyada keçirilən təlimi zamanı ABŞ və Böyük Britaniyadan olan bir qrup desant yaralanıb.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Bildirilir ki, NATO ölkələrindən olan 250 paraşütçü Yarvamaa poliqonunda gözlənilməz problemlə üzləşib, güclü külək eniş zamanı onları bütün sahəyə səpələyib. Hadisə nəticəsində desantlar müxtəlif dərəcəli xəsarət alıblar. Onlar təcili tibbi yardım maşını ilə xəstəxanalara daşınıblar.

Digər təfərrüat açıqlanmır.

Mənbə: 4esnok.by

0.08017897605896