Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul şəhərində qeydə alınıb.
“Toyota Prado” markalı avtomobil idarəetməni itirərək uşaq bağçasının divarına çırpılıb.
Nəticədə avtomobildə olan Şirvan sakini 1986-ı il təvəllüdlü Ramil Nurəddin oğlu Əsgərov və Şirvan sakini 1994-cü il təvəllüdlü İlqar Elşən oğlu Şirvan Cəfərov xəstəxanasına yerləşdirilib.
Ramil Əsgərov bir müddət sonra aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.