“Fənərbağça” keçmiş futbolçusuna jest etdi - FOTO

“Fənərbağça” klubu hazırda Səudiyyə Ərəbistanı klubunda çıxış edən futbolçusuna jest edib.

Məlumata görə, “sarı-lacivərdlər” hazırda “Əl-Əhli” klubunda çıxış edən Merih Demirala forma hədiyyə ediblər.

Futbolçuya forma hədiyyəsinin içərisində yerləşdirilən məktubda isə: “Sənin mediaya verdiyin açıqlamanı izlədik və “Fənərbağça”dan ayrıldığın üçün üzgün olduğunu anladıq. Sadəcə bildirmək istəyirik ki, bəzən ayrılıqlar yaxşı şeylər üçün bir başlanğıc nöqtəsi olur. Hər gediş pis nəticə vermir. Bəlkə də ən qısa zamanda yenidən istədiyin o formanı geyinə biləcəksən”, - yazılıb.

Qeyd edək ki, Merih Demiral “Fənərbağça”nın yetirməsi olub və 2016-cı ildə Portuqaliyanın “Alkanensi” klubuna transfer olunub.

Mənbə: Sporx.com

0.11488795280457