Viktor Orban slovakiyalı həmkarı barədə: “Ölümlə yaşam arasındadır” - VİDEO

Sui-qəsdə cəhdə məruz qalaraq ağır yaralanan Slovakiyanın Baş naziri Robert Fitso ölüm-qalım mübarizəsi aparır.

Bu barədə Macarıstan hökumətinin başçısı Viktor Orban deyib.

O, bildirib ki, vəziyyətə siyasi nöqteyi-nəzərdən baxılarsa, bu, Macarıstan üçün böyük itkidir.

“Çünki Slovakiyanın baş naziri sağalsa belə, bir neçə ay işləyə bilməyəcək”, - deyə o bildirib.

Orban hesab edir ki, Avropa Parlamentinə gözlənilən seçkiyə görə qarşıdan gələn aylar qitənin gələcəyi üçün son dərəcə əhəmiyyətli olacaq.

Xatırladaq ki, mayın 15-də hökumət iclasının keçirildiyi binadan çıxarkən baş verib. Cinayətkar bir neçə dəfə ona atəş açıb, nəticədə Slovakiyanın baş naziri qarnından, sinəsindən və əlindən yaralanıb. Məlum olub ki, atəş açan şəxs müxalif “Proqressiv Slovakiya” partiyasının tərəfdarı olan 71 yaşlı yazıçı Yuray Sintuladır. O, siyasi motivlərlə baş naziri öldürməyə cəhddə ittiham olunur.

Mənbə: Kossuth Radio

0.049309015274048