“Crocus City Hall” terror aktı işi üzrə 12 müttəhim barədə məhkəmə qərarı elan edildi

Moskvanın Basmannı məhkəməsi “Crocus City Hall” konsert zalına hücum edən terrorçulara kömək etməkdə təqsirləndirilən daha dörd nəfərin həbs müddətini avqustun 22-dək uzadıb.

Beləliklə də, müvafiq iş üzrə 12 müttəhimin hamısı istintaq təcridxanasında qalmağa davam edir.

“Aminçon İslomov, Dilovar İslomov, İsroil İslomov, Alişer Kasımovun həbs müddətlərinin uzadılması ilə bağlı istintaqın vəsatəti təmin edilsin”, - deyə hakim hökmü elan edib.

Xatırladaq ki, daha əvvəl məhkəmə iş üzrə 8 təqsirləndirilən şəxsin həbs müddəti uzadılıb.

Mənbə: TASS

0.054693937301636