Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi olub.
“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1977-ci il təvəllüdlü Ceyhun Arif oğlu Abdullayev xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.