Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək

Şuşada "Şuşa Türk Dövlətləri Birliyinin Mədəniyyət İncisidir" adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək.

Bu barədə "Report"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbir 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunacaq.

Türk dövlətlərinin istedadlı gəncləri Şuşada bir araya gələrək türk xalqlarının mədəniyyət incilərini təqdim edəcəklər.

0.048635005950928