Kann Film Festivalında Donald Tramp haqqında filmin nümayişi qalmaqalla yekunlaşdı

Kann Film Festivalında rejissor Əli Abbasinin çəkdiyi gənc Donald Trampdan bəhs edən "Şagird" (The Apprentice) filminin premyerasından sonra film ətrafında qalmaqal yaranıb.

Film keçmiş ABŞ prezidenti ilə Trampın mürəbbisi olmuş və ona siyasətdə və biznesdə qəddarlığı öyrədən vəkil Roy Kon arasındakı münasibətə əsaslanır. Filmdə eks-prezidentin həmin vaxt həyat yoldaşı olan İvana Trampa təcavüz etdiyi səhnə var. Boşanma məhkəməsində qadın ərinin ona qarşı zorakılıq tətbiq etdiyini bildirib. Lakin sonradan o bunu hərfi mənada demədiyini, daha doğrusu, özünün təcavüzə məruz qaldığını hiss etdiyini qeyd edib.

Qeyd olunur ki, bu və digər səhnələr "Şagird" filmini ABŞ-də prezident seçkisi ərəfəsində böyük ekranda potensial partlayıcı olan bir drama çevirir.

Kann Film Festivalında Donald Tramp haqqında filmin nümayişi qalmaqalla yekunlaşdı

Kann Film Festivalında Donald Tramp haqqında filmin nümayişi qalmaqalla yekunlaşdı

Mənbə: The Associated Press

0.070779085159302