Metyu Perrinin ölümü ilə bağlı istintaqın yeni təfərrüatı məlum oldu

ABŞ polisi aktyor Metyu Perriyə (1969-2023) həyatında sonuncu dəfə qəbul etdiyi narkotik maddələri satan şəxsləri axtarır.

Xüsusilə, hüquq-mühafizə orqanlarını dilerləri müəyyən etməyə kömək edə biləcək bəzi Hollivud ulduzları sorğulanıb. Dindirilən məşhurların adları çəkilməsə də, onların hamısının narkotikdən istifadə etdiyi və ya narkomaniyadan əziyyət çəkdiyi qeyd olunur.

Xatırladaq ki, Metyu Perri 28 oktyabr 2023-cü ildə vəfat edib, onun 54 yaşı olub. Yarılma zamanı müəyyən edilib ki, aktyorun infarkt keçirməsinə narkotik vasitə olan ketamin səbəb olub.

Mənbə: TMZ

0.07544207572937