On bir yaşlı Zəhranurun dəstəyə ehtiyacı var.
Bu barədə hakimiyyet.az-a onun anası Xanım Dadaşova məlumat verib.
O, övladının spina-bfida xəstəliyindən əziyyət çəkdiyini deyib.
"Zəhranurun 11 yaşı var, o, anadangəlmə qapalı spina-bfida xəstəliyindən əziyyət çəkir. Bu illərdə övladım dəfələrlə bağırsaqlarından, böyrəyindən əməliyyat olub. Bacardığımız qədər bütün müalicələri vaxtında etməyə çalışsaq da, son dövrlər tamamilə tükənmişik. Zəhranur müayinə üçün dəfələrlə İrana, Türkiyəyə, Rusiyaya gedib. Bu xərcləri qarşılamaq üçün maşınımızı, torpaq sahələrimizin hamısını satmışıq".
Xanım Dadaşova övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib.
"Zəhranur son dörd ildə Türkiyədə müayinə və müalicə olunur. Hazırda biz yenidən Türkiyəyə getməliyik, amma bunun üçün lazım olan məbləği tamamlaya bilmirik. Övladımın müayinəsi üçün hazırda lazım olan 7 000 manatın, 4 800 manatını toplaya bilmişik. Qalan 2 200 manatı toplamaq üçün isə imkanımız çatmır. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (051) 762-37-91.
Uni Bank: 5243 7544 4765 3229.