İlon Mask aparıcılıq edəcək?

İlon Mask müstəqil namizəd Robert Kennedinin iştirakı ilə ABŞ Prezidenti Co Bayden və keçmiş dövlət başçısı Donald Tramp arasında debat keçirməyə hazır olduğunu açıqlayıb.

"Əlbəttə", - deyə iş adamı Kennedinin "X"dəki müvafiq təklifinə cavab verib.

Bundan əvvəl Mask özünün "X" hesabında Kennedinin debatda iştirakını dəstəklədiyini yazıb.

Qeyd edək ki, Bayden və Tramp arasında ilk seçki debatı iyunun 27-də CNN telekanalında keçiriləcək. İkinci raund sentyabrın 10-da ABC telekanalında nəzərdə tutulub. ABŞ-də prezident seçkisi 2024-cü ilin noyabrına planlaşdırılıb.

Mənbə: rbc.ru

0.041308879852295