Biləsuvarda 8-ci sinif şagirdinin döyülməsi iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə Biləsuvar rayon İsmətli kənd Xanlar Qafarov adına tam orta məktəbin 8-ci sinif şagirdinin müəllimi tərəfindən fiziki zorakılığa məruz qaldığı iddiası ilə bağlı məlumatlar yayılıb. 

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi Bizim.Media-nın sorğusunu cavablandırıb. 

Bildirilib ki, 21 may tarixində dərnək məşğələsindən çıxıb evə gedən zaman şagirdlərdən biri öz sinif yoldaşına ehtiyatsızlıqdan xəsarət yetirib:

"Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılıb, hüquq-mühafizə orqanlarına məlumat verilib. 

Biləsuvar rayon təhsil sektorunun əməkdaşları tərəfindən məktəbliyə baş çəkilib, valideyn və şagirdlə söhbət aparılıb. 

Hazırda şagirdin səhhətində ciddi problem yoxdur".

0.057392120361328