Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı 1976-cı ilin xəritəsini nümayiş etdirib.
Məlumata görə, həmin xəritə əsasında Ermənistanın Tavuş rayonunda delimitasiya aparılır.
Xatırladaq ki, mayın 15-də iki ölkənin sərhədində Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayevin və Mqer Qriqoryanın sədrliyi ilə delimitasiya komissiyalarının doqquzuncu iclası keçirilib. Nəticədə 1976-cı ilin xəritələri əsasında bir sıra yaşayış məntəqələri arasında bilavasitə sərhədin delimitasiyasını təsvir edən protokol imzalanıb.
Mənbə: Sputnik Ermənistan