"Barselona" səkkiz il ərzində 1,4 milyard avro kredit ödəməlidir.
Analitiklər hesab edirlər ki, qeyd olunan tarixə qədər "Barsa" tələb olunan məbləğə sahib olmayacaq və buna görə də borcunu qaytarmaq üçün yeni kreditlər götürəcək.
Lakin buna baxmayaraq, ekspertlər "Barselona"nın hazırkı maliyyə vəziyyətini ötən illə müqayisədə daha stabil adlandırırlar.
Xatırladaq ki, "Barsa" mövsümün sonuna bir tur qalmış 82 xal toplayaraq İspaniya çempionatının turnir cədvəlində ikinci yeri təmin edib. Komanda La Liqanın son turunda "Sevilya" ilə qarşılaşacaq.
Mənbə: championat.com