Azərbaycanda televiziyanın Təhlükəsizlik Xidmətinin rəisi işdən çıxarıldı

"Xəzər" televiziyasının Təhlükəsizlik Xidmətinin rəisi işdən çıxarılıb.

Manşet.az-ın əldə etdiyi məlumata görə, televiziyanın Baş direktoru Murad Dadaşovun müvafiq əmri ilə Təhlükəsizlik Xidmətinin rəisi Elçin Həsənov işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifəsindən azad edilib.

Digər əmrlə televiziyanın Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə Ruslan Şahkərimov təyin edilib.

Bildirək ki, Ruslan Şahkərimov bundan öncə televiziyanın rəhbəri Murad Dadaşovla "M Group Production"da bir yerdə çalışıb.

Qeyd edək ki, vəzifəsindən azad edilən Elçin Həsənov bir vaxtlar hüquq-mühafizə orqanlarında çalışıb. O, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun bacanağıdır.

0.036229848861694