Kadırovun böyük oğlu futbol klubunun prezidenti oldu

Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun böyük oğlu Axmat Kadırova yeni vəzifə verilib.

Bu barədə Rusiya mətbuatı xəbər yayıb.

Belə ki, Axmat Kadırov Qroznının "Axmat" futbol klubunun prezidenti olub.

Qeyd edək ki, 13 ilə yaxın kluba rəhbərlik edən Məhəmməd Davudov prezident vəzifəsindən istefa verib.

Mənbə: TASS

0.073225021362305