Qala düzündə təhlükə: Yüksəkgərginlikli elektrik dirəyi hər an aşa bilər

Zaqatala şəhərindəki Qala düzü yaşayış massivinin ərazisində yüksəkgərginlikli elektrik xəttini saxlayan dirək təhlükə saçır.

hakimiyyet.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat yayılıb.

Qeyd olunur ki, dirək hər an aşa bilər:

"Bu dirəyin altında uşaqlar oynayırlar. Sakinlər bu ərazidən keçirlər. Vaxtında bununla bağlı bir tədbir görülməlidir".

Fotonu təqdim edirik:

Əzizə İsmayılova

0.28526592254639