Çimmək üçün gölə gedən 26 yaşlı oğlan yoxa çıxdı

İsmayıllı rayon sakini itkin düşüb.

hakimiyyet.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Kürdmaşı kəndində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Əli Elman oğlu Qasımov dünən saat 17 radələrində çimmək üçün kənddən bir neçə kilometr aralıda yerləşən gölə gedib.

Bundan sonra ondan xəbər almaq mümkün olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Aytac Qasımova

0.080287933349609