Korrupsiya.az informasiya agentliyi xəbər verir ki, Bakı şəhəri, Səbail rayonu Rostropoviçlər və Nizami küçələrində yerləşən “Pilot Residence” MTK Yaşayış Kompleksi sakinlərinin Prezident və 1-ci Vitse-Prezidentə Kollektiv Şikayətin qısa məzmunu:
Səbail Rayonu İcra Hakimiyyətinin 2 iyun, 2017 il tarixli Sərəncamı ilə təsdiqlənmiş Yaşayış Kompleksi Layihəsinin icraatə hələ də yarımçıq qalmışdır.
Belə ki, Səbail Rayonu İH binanın Dövlət Qəbulunu təsdiqləsə də, Layihə ilə nəzərdə tutulan Yaşayış Kompleksinin tərkibindəki 1) Qapalı Həyat və İstirahət Zonası, 2) Yeraltı Dayanacaq Mərtəbəsi və 3) Rostropoviçlər küçəsinə avtomobil və piyada giriş-çıxış yolları icra olunmamış, binada yaşayan ailələr isə hər gün ciddi təhlükələrlə üzbəüz qalmaqdadır.
Layihənin icraatına dövlət tərəfindən rəsmi orqan olan Səbail RİH, şəxsən İcra Başçısı Vüqar Zeynalov və Layihənin kuratoru Başçının 1-ci müavini Vüqar Şıxəmmədov, sakinlərin saysız-hesabsız şikayətlərinə baxmayaraq, Layihə üzrə MTK tərəfindən işlərin yarımçıq qaldığı halda Dövlət Aktını təsdiqləmiş və Yaşayış Kompleksindəki yekun işlərin dondurulmuş vəziyyətdə saxlanılmasına bəraət qazandırmaqdadır.
Yuxarıdakılar azmış kimi, Səbail RİH tərəfindən təsdiqlənmiş Layihəsində mövcud olmayan və HEÇ BİR RƏSMİ İCAZƏ SƏNƏDİ OLMAYAN 850m2 sahəli Qeyri-Yaşayış Obyekti MTK tərəfindən binanın həyətində inşa olunmuş, beləliklə sakinlərin həyət ərazisi də praktiki ləğv olunmuşdur.
Artıq 5 ildir ki, binanın sakinləri Səbail rayonunun “Pilot Residence” MTK-sında baş verən qanunsuzluq və özbaşınalıq barədə dövlət orqanlarına – PA, Şəhərsalma, FHN.. – şikayət edir, şikayətlər Səbail Rayonu İH-nin Başçısına yönəldilir, lakin Başçı və onun 1-ci müavini qanunsuzluqları ört-basdır etməklə məşquldur. Şikayətlərin sakinlər qrupu tərəfindən Bakı Şəhəri İH-nin Başçısı Eldar Əzizova də təqdim olunması nəticə verməmişdir.
Dövlət Başçısı və Birinci Xanıma müraciət edərək, sakinlər “Pilot Residence” Yaşayış Kompleksinin rəsmi Layihəsinə uyğun şəkildə nəhayət ki, yekunlaşması istiqamətində dövlət orqanlarına göstəriş verməklərini xahiş edir.
Sakinlər bildirirlər ki, bir neçə müddət əvvəl, yaşadıqları binada, mənzillərin birində yanğın hadisəsi baş verdiyi halda, yanğınsöndürən avtomobillərin həyətə daxil olması mümkün olmadı.Bu səbəbdən yanğının əhatəsi böyüsədə sonda, FHN əməkdaşları çətinliklədə olsa yanğını zərərsizləşdirə bildilər.
Bu tip hallar fövqalada hallar anında bir başa insan riskinin faktoru kimi dəyərləndirilir.
İnanırıq ki, səlahiyyətli orqanlar, məsələyə adekvat yanaşaraq, problemin kökünü həll edilməsində, biləvasitə rol oynayacaqlar.
Mövzunu diqqətimizdə saxlayacağıq.