"Atletiko Madrid"dən səfər qələbəsi

İspaniya La Liqasında mövsümün son turunun oyunlarına start verilib.

İkinci oyun günündə "Real Soseydad" doğma meydanda "Atletiko Madrid"i qəbul edib.

hakimiyyet.az xəbər verir ki, görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Aktivinə 76-cı xalı yazdıran "Atletiko Madrid" mövsümü 4-cü pillədə başa vurub.

Qeyd edək ki, İspaniya La Liqasına saat 23:00-da keçiriləcək "Sevilya" - "Barselona" görüşü ilə yekun vurulacaq.

0.19138216972351