Ferstappen cari mövsümdə ilk dəfə təsnifat mərhələsini qazana bilmədi

"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen cari mövsümdə "Formula 1" çempionatının səkkizinci mərhələsi olan Monako Qran Prisinə ön sıradan başlaya bilməyəcək.

Belə ki, təsnifat mərhələsində ən yaxşı nəticələri müvafiq olaraq moneqasklı Şarl Lekler ("Ferrari"), avstraliyalı Oskar Piastri ("McLaren") və Karlos Sayns ("Ferrari") göstəriblər.

Ferstappen isə bu mövsüm ilk dəfə "poul" qazana bilməyib. O, sabahkı yarışa altıncı yerdən başlayacaq.

Bu starta qədər, keçən mövsümü də nəzərə alsaq, 26 yaşlı niderlandlı ardıcıl səkkiz təsnifatda qələbə qazanmışdı.

Beləliklə də, Ferstappen 1988-ci il İspaniya Qran Prisindən 1989-cu il ABŞ Qran Prisinə qədər ardıcıl səkkiz poul mövqeyinə sahib olan braziliyalı Ayrton Sennanın rekordunu qıra bilməyib.

Xatırladaq ki, Monako Qran Prisinin əsas yarışı mayın 26-da, Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Turnir cədvəlinə gəlincə, son üç mövsümün çempionu olan Ferstappen 161 xalla sürücülərin reytinqinə başçılıq edir. İkinci yerdə Lekler (113), üçüncü yerdə Serxio Peres (107) qərarlaşıb.

Mənbə: RBC

0.13386678695679