3D velotrenajor təqdim olundu

ABŞ-nin "Saga Holographic" startapı adi velotrenajoru holoqrafik 3D displeydən istifadə edərək həyəcanlı yarış velosipedinə çevirən "HoloBike" adlı yeni sistemi təqdim edib.

Məlumata görə, düz ekranlarda virtual marşrutları göstərən ənənəvi platformalardan fərqli olaraq, "HoloBike" VR qulaqlıqları və ya eynəklərə ehtiyac olmadan interaktiv 3D görüntüləri təqdim edir.

"HoloBike" keçmiş "Google" əməkdaşı Samuel Matson tərəfindən hazırlanıb və mikrolinzalarla örtülmüş 27 düymlük 4K LCD ekrana malikdir. Bu ekran irəliyə doğru hərəkəti simulyasiya edir və hərəkət etdikcə perspektivi dəyişən 3D effekti yaradır. Effekti artırmaq üçün bədənin mövqeyini izləyən və təsvirin perspektivini dəyişən dərinlik sensoru olan infraqırmızı kamera istifadə olunur.

"HoloBike"ın vizual effektləri daha real sürmə təəssüratı təmin edərək, real yolların və cığırların 3D modelinə əsaslanır.

Bildirilir ki, proqram təminatında əvvəlcə uzunluğu 40 km-ə qədər olan 5-6 marşrut mövcud olacaq, lakin zaman keçdikcə onların sayı artacaq.

"HoloBike" hazırda "Kickstarter"də 2600 dollar (təxminən 4420 manat - red.), təxmini pərakəndə satış qiyməti isə 3000 dollardır (təxminən 5100 manat - red.).

Mənbə: gazeta.ru

0.080677032470703