Ermənistanda keçirilən vətəndaş itaətsizliyi aksiyasında saxlanılanların sayı 137 nəfərə çatıb.
Bu barədə Ermənistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
09:00
Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə vətəndaş itaətsizliyi aksiyaları davam edir.
Artıq səhər saatlarında İrəvanın mərkəzində polislə aksiya iştirakçıları arasında toqquşma baş verib.
Ermənistan hüquq-mühafizə orqanlarından verilən məlumata görə, polisə müqavimət göstərən 67 nümayişçi saxlanılıb.
08:38
Ermənistanda bu gün səhər saatlarından etibarən "Vətən uğrunda Tavuş" müxalifət hərəkatının fəalları vətəndaş itaətsizliyi aksiyasına başlayıblar.
Bu barədə Ermənistan mətbuatı xəbər verib.
Qeyd olunub ki, fəallar İrəvan-Əştərək yolunu bağlayaraq nəqliyyatın hərəkətini iflic ediblər.
Məlumat üçün əlavə edək ki, İrəvan-Əştərək magistralı Ermənistanın cənubuna, İranla sərhəddə aparan yoldur.