İran parlamentinə yeni sədr seçilib

Məhəmməd Baqer Qalibaf İran parlamentinin 12-ci çağırışında məclisin sədri seçilib və ardıcıl beşinci il parlamentin spikeri olub.

"Azad İran" xəbər verir ki, sədr adı uğrunda Məhəmməd Baqer Qalibaf, Müctəba Zunnuri və Mənuçöhr Muttəki mübarizə aparıblar.

Qeyd olunub ki, sonda Qalibaf 287 səsdən 198-ni qazanmaqla parlamentin sədri olub.

Müctəba Zunnuri və Mənuçöhr Muttəki isə müvafiq olaraq 60 və 5 səs toplayıblar.

0.078214883804321