Ronaldudan Səudiyyə Ərəbistanında yeni rekord

Səudiyyə Ərəbistanı Pro Liqasında keçirilən "Ən-Nəsr" - "Əl-İttihad" oyununda (4:2) dubl edən, meydan sahibi olan klubun futbolçusu Kriştianu Ronaldu yeni rekorda imza atıb.

Belə ki, 39 yaşlı portuqaliyalı bir mövsümdə vurduğu qol sayına görə (35 qol) Səudiyyə Ərəbistanı çempionatında rekord vurub.

Qeyd edək ki, bundan əvvəlki rekord 34 qolla "Əl-İttihad"ın hücumçusu Abderrazaq Hamdallaya məxsus idi.

Mənbə: Dailysports.net

0.080169916152954