Gürcüstan parlamenti qalmaqallı qanunla bağlı prezident vetosunu aşdı

Gürcüstan parlamentində "Xarici təsirlərin şəffaflığı haqqında" qanun layihəsi üzrə növbəti səsvermə baş tutub.

Bu dəfə deputatlar qalmaqallı qanun layihəsi üzərində prezident Salome Zurabişvilinin qoyduğu vetonu səs çoxluğu ilə aradan qaldırıblar. Sənədin lehinə 84, əleyhinə isə dörd deputat səs verib.

Qeyd edək ki, qanun layihəsi illik gəlirlərinin 20%-ni xaricdən maliyyələşdirən QHT və KİV-in qeydiyyata alınmasını tələb edir və onları bəyannamə doldurmağa məcbur edir.

Mənbə: Sputnik

0.047926902770996