Azərbaycana xəyanət edən komandanı ifşa edən məşhur sovet filmi hansıdır?

1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli simalarını sovet Azərbaycanı filmlərində dövrün tələbinə uyğun olaraq mənfi qəhrəman kimi göstəriblər. Lakin ssenarist və rejissorlarımız sətiraltı da olsa, onların müsbət tərəflərini, tarixi şəxsiyyət kimi çəkilərini göstərə biliblər.

Səməd Mərdanovun 1939-cu ildə çəkdiyi "Kəndlilər" bədii filmində ilk dəfə Cümhuriyyət dövrü geniş şəkildə göstərilir. Biz bu ekran əsərində Cümhuriyyətin parlament iclasını, üçrəngli bayrağımızı, milli ordumuzun əsgərlərini və İsmayıl Osmanlının canlandırdığı Xosrov bəy Sultanovun obrazını görə bilərik. Bu obraz Azərbaycan kinosunda Cümhuriyyət nümayəndələrinin ilk obrazı idi.

1966-cı ildə rejissor Əjdər İbrahimovun çəkdiyi "İyirmialtılar" bədii filmində hadisələr 1918-ci ildə baş verir. Film 26 Bakı komissarının fəaliyyətini əks etdirsə də, filmə diqqətlə baxan tamaşaçı Nuru Paşanın, Hacı Zeynalabdin Tağıyevin obrazlarını görə bilər. Filmdəki Şahbazov obrazı Tağıyevin prototipidir. Bakıya gələn türk komandanı isə Nuru Paşanın filmdəki görüntüsüdür. Real həyatda da filmdə olduğu kimi Nuru Paşa Tağıyevlə görüşür və onun evində qonaq qalır.

Ekran əsərində Azərbaycan Demokratik Respublikasının adı çəkilməsə də, milli hökumətin partiyaları və liderləri sosialist təşkilatların qatı düşməni kimi nümayiş etdirilir. Eyni zamanda "İyirmialtılar" filmi ilk ekran əsərimizdir ki, filmdə Mart soyqırımı hadisələrindən bəhs olunur. Hətta səhnədə tam olmasa da, Azərbaycan himninin melodiyasını eşidirik.

Rasim Ocaqovun 1974-cü ildə lentə aldığı "Qatır Məmməd" filmində "Müsavat", "müsavatçılar", "general Xoyski" ifadələrini eşidirik. Konkret ADR-in adı çəkilməsə də, Gəncə quberniyasında bu hökumətin nüfuz sahibi olduğunu görürük. Cümhuriyyətə qarşı vuruşan Qatır Məmməd qəhrəman kimi göstərilir. Filmdə Fətəli xan Xoyski obrazını İsmayıl Dağıstanlı yaradıb. Xan Xoyskidən başqa Rasim Balayevin oynadığı Cümhuriyyət zabiti Əziz və Cümhuriyyətin səhiyyə naziri, sonralar Gəncə qubernatoru olan Xudadat bəy Rəfibəyli əsas mənfi rollar kimi göstərilir. Bolşeviklərin nümayəndəsi Qatır Məmməd isə əfsanələşdirilir. Bu ekran əsərində mənfi planda təqdim olunan milli hökumət nümayəndələri əslində Azərbaycan istiqlalının əsl mücahidləri idi.

Sovet Azərbaycanı filmləri arasında Cümhuriyyət dövrünü ən detallı şəkildə göstərən film "İşarəni dənizdən gözləyin" filmidir. Bu ekran əsərində ADR donanmasını, Əksinqilabla Mübarizə Təşkilatını, Məhəmməd Əmin Rəsulzadənin xüsusi qiymətləndirdiyi şair Məhəmməd Hadini, Cümhuriyyətin sonuncu iclasını görmək mümkündür.

Azərbaycana xəyanət edən komandanı ifşa edən məşhur sovet filmi hansıdır?

Azərbaycana xəyanət edən komandanı ifşa edən məşhur sovet filmi hansıdır?

0.096652984619141