Rusiyada on ev birdən yandı

Rusiyanın Sverdlovsk vilayətinin Artinski rayonunda yerləşən Berezovka kəndində güclü yanğın baş verib.

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin rəsmi "Telegram" kanalında məlumat verilib.

İdarədən bildirilib ki, yanğın nəticəsində 10 fərdi yaşayış evi yanıb.

"Yanğının ümumi sahəsi 1 500 kvadratmetr olub. Yanğınsöndürənlər və xilasedicilər bir nəfəri xilas ediblər", - deyə məlumatda bildirilib.

Ümumilikdə alovun söndürülməsinə 27 mütəxəssis və 12 texnika cəlb olunub.

Həlak olanlar barədə məlumat verilməyib.

0.074002981185913