2036-cı il Yay Olimpiya Oyunlarının məkanı bəlli oldu

2036-cı il Yay Olimpiya Oyunları Qətərdə keçiriləcək.

Məlumata görə, Qətərin paytaxtı Doha 2036-cı ildə keçiriləcək oyunlara ev sahibliyi edəcək.

Beynəlxalq Olimpiya Komitəsi hazırda yekun detalları müzakirə edir.

Qətərin böyük beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməkdə geniş təcrübəsini vurğulayan müraciətinə diqqətlə baxılıb və bundan sonra Dohanın namizədliyi qəbul edilib.

Qeyd edək ki, növbəti Yay Olimpiya Oyunları 2024-cü ilin yayında Parisdə (Fransa) keçiriləcək. Dörd ildən sonra oyunlara Los-Anceles (ABŞ) ev sahibliyi edəcək və 2032-ci ildə müsabiqə Avstraliyanın Brisben şəhərinə köçəcək.

İtaliyanın Milan və Kortina d"Ampezzo şəhərləri 2026-cı ildə Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcəklər.

Mənbə: sovsport.ru

0.072686910629272