Ötən il rekord sayda əcnəbi Almaniya vətəndaşlığı alıb

Ötən il rekord sayda əcnəbi Almaniya vətəndaşlığını qəbul edib. Onların sayı 200 095 nəfər olub ki, bu da 2022-ci illə müqayisədə təxminən 19% çoxdur.

Bu rəqəm həm də 2000-ci ildən bəri rekord göstəricidir.

Bütün yeni vətəndaşlar arasında orta yaş 29,3-dür. Halbuki bütövlükdə Almaniya əhalisi üçün analoji rəqəm 44,6-dir. Yeni vətəndaşlar əsasən kişilərdir. Onlar başlıca olaraq Suriya, Türkiyə, İraq, Rumıniya və Əfqanıstandırlar.

Vətəndaşlığa qəbul edilənlərin ən böyük qrupu suriyalılardır (38%). Türkiyə və İraqın hər birindən isə 10 700 nəfər vətəndaşlığa qəbul edilib.

Mənbə: TASS

0.050662040710449