Rusiyada tələbə qızın qaralmaq arzusu yarım qaldı: Bədəninin 80%-i yandı

Rusiyanın Sankt-Peterburq şəhərində günəş vannası qəbul edən tələbə qız yanıq xəsarətləri alıb.

Günəş vannasından sonra 21 yaşlı qızın bədəninin 80%-i yanıb.

Rusiya Mülki Aviasiya Universitetinin tələbəsi olan qız Sankt-Peterburqun Aviaşəhərcik rayonu ərazisində, yataqxananın yaxınlığındakı parkda birbaşa Günəş şüalarının altında uzanıb. Bir saat yarımdan sonra onun halı olduqca pisləşib və təcili yardım çağırıb. Qız yanıq xəsarətləri ilə reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər qıza dəri səthinin 80%-nin birinci dərəcəli günəş yanığı (dərinin səth qatının zədələnməsi) və ikinci dərəcəli yanıq (dərinin bütün dərinliyinin zədələnməsi) diaqnozu qoyublar. Həkimlər zərərçəkənin günəş kremi ​​çəkib-çəkmədiyini araşdırırlar.

Mənbə: "SHOT" "Telegram"

0.049556970596313