Nadir "Ferrari" avtomobili hərraca çıxarılır

1990-cı il istehsalı olan "Ferrari 348 Zagato Elaborazione" iyunun 8-də Monakoda keçiriləcək "L"Astarossa" hərracda satışa çıxarılacaq.

Ümumilikdə, bu avtomobillərdən yalnız 10 ədəd istehsal edilib.

Təqdim olunan nümunənin gözlənilən dəyəri 350-400 min avro təşkil edir.

Qeyd edək ki, avtomobilin əsas versiyasında (348 TB) kapotun altında 300 at gücünə malik 3,4 litrlik atmosferli V8 mühərriki quraşdırılıb. Başlanğıcda şirkət bu avtomobillərdən 22-ni istehsal etməyi nəzərdə tutsa da, sonda seriya 10 nüsxə ilə məhdudlaşdırılıb.

Mənbə: championat.com

0.060250043869019