"Neftçi"nin futbolçusu milliyə dəvət alıb

"Neftçi"nin futbolçusu Syerra Leone millisinə dəvət olunub.

hakimiyyet.az "Neftçi" klubunun mətbuat xidmətinə istinadla xəbər verir ki, "ağ-qaralar"ın yarımmüdafiəçisi Alfa Konte Syerra Leone milli yığmasına dəvət olunub. 23 yaşlı futbolçu iyunun 5-də Cibuti, 10-da isə Burkina-Faso yığması ilə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlara çağırılıb.

Qeyd edək ki, Konte Syerra Leone milli komandasının heyətində iki oyunda meydana çıxıb.

0.22184014320374