Rusiyada satanistlərlə  bağlı təşəbbüs irəli sürüldü

Rusiyalı ekspertlər satanizmin ölkədə ekstremist cərəyan kimi tanınması imkanlarını araşdırırlar.

Bu barədə məhkəmə-dini eksperti İqor İvanişko "İzvestiya" nəşrinə bildirib.

"Ümid edirik ki, təşəbbüs bu ilin sonuna qədər müsbət yöndə yekunlaşacaq və Ali Məhkəmə tərəfindən bütövlükdə bütün satanist hərəkatları ekstremist kimi tanınacaq, ayrı-ayrı satanist təriqətləri şəklində deyil. Lakin müvafiq məhkəmə iddiasının qaldırılması üçün biz inandırıcı sübut bazası formalaşdırmalıyıq", - deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, bu təşəbbüs Rusiya Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və prokurorluq nümayəndələri tərəfindən dəstəklənib.

Mənbə: "İz.ru" "Telegram"

0.039566993713379