"Bavariya" yeni baş məşqçisini açıqladı

Vinsan Kompani "Bavariya"nın baş məşqçisi təyin olunub.

"Börnli"ni çalışdıran 38 yaşlı belçikalı mütəxəssislə müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Daha əvvəl "Bavariya"nın Kompani üçün "Bernli"yə 10-15 milyon avro ödəyəcəyi bildirilirdi.

Kompani bu mövsüm "Bavariya" ilə heç bir kubok qazana bilməyən Tomas Tuxeli əvəzləyib.

Qeyd edək ki, Vinsan futbolçu kimi "Anderlext" (2002-2006; 2019-2020), "Hamburq" (2006-2008) və "Mançester Siti"də (2008-2019) çıxış edib.

2020-ci ildən 2022-ci ilə qədər o, doğma "Anderlext" klubunu çalışdırıb, daha sonra "Börnli"də işləyib. 2023/24 mövsümünün sonunda İngiltərə klubu 19-cu yeri tutub və Premyer Liqadan aşağı liqaya düşüb.

0.079892158508301