Moskvada sözə baxmayan uşaqlar üçün qəbirlər qoyuldu

Rusiyanın paytaxtında parklardan birində "tərbiyə" üsulu görənlərə şok yaşadıb. Belə ki, uşaqların pis davranışlarının qarşısını almaq üçün məzar daşları şəklində xəbərdarlıqlar qoyulub.

Məlumata görə, "tərbiyəvi" məzar daşları "Skazka" adlı özəl parkda peyda olub.

Bununla bağlı yayılan kadrlardan görünür ki, daşların üzərində "qazonu tapdalayırdı", "parkda qışqırırdı", "növbə gözləmirdi", "hasardan tullanırdı", "valideynlərini dinləmirdi", "hamının istirahətinə mane olurdu" kimi yazılar görünür.

Bildirilir ki, müəlliflərin fikrincə, saxta məzar daşları uşaqlara pis davranışlarının nəticəsində başlarına nə gələcəyini göstərir. Beləliklə, məzarlar guya tərbiyəvi funksiya daşıyır.

Mənbə: Gazeta.ru

0.16037702560425