Tayson Fyuri ilə Aleksandr Usik arasında revanş olacaq

Peşəkar boks üzrə ağır çəkidə Tayson Fyuri ilə Aleksandr Usik arasında revanş döyüşünün tarixi məlum olub.

Məlumata görə, Səudiyyə Ərəbistanının Əyləncə Baş İdarəsinin sədri Turki Alalşih bu barədə danışıb.

O, döyüşün bu il dekabrın 24-də Ər-Riyadda keçiriləcəyini bildirib.

Qeyd edək ki, boksçular arasında mayın 18-də Ər-Riyadda baş tutan görüşdə T.Fyurini məğlub edən A.Usik mütləq dünya çempionu olub.

Mənbə: Marca.com

0.08721399307251