Məşhur milyonçu "Qalatasaray"la yola davam etməyəcək

"Qalatasaray" klubunun vitse-prezidenti Erden Timur klubla yolları ayırmaq istədiyini bildirib.

Məlumata görə, uzun müddətdir "sarı-qırmızılar"ın vitse-prezidenti vəzifəsində çalışan Erden Timur bu gün keçiriləcək iclasda istefasını rəsmi olaraq açıqlayacağını deyib.

Erden Timurun bu qərarı qəbul etməsinə səbəb isə Dursun Özbekin yenidən klub prezidenti seçilməsi olub.

Xatırladaq ki, daha öncə Dursun Özbek yenidən "Qalatasaray" klubunun prezidenti olacağı təqdirdə idarə heyətində dəyişiklik edəcəyini və Erden Timuru göndərəcəyini bildirmişdi.

Mənbə: Ntvspor.net

0.067613124847412