Netanyahu Fransa ordusunun Malidə toy kortejinə endirdiyi zərbəni xatırladıb

İsrailin Baş naziri Binyamin Netanyahu Qəzza zolağında İsrail Müdafiə Ordusunun əməliyyatları zamanı mülki vətəndaşların həlak olması kontekstində, Fransa Silahlı Qüvvələrinin Malidə toy kortejini vurduğunu xatırladıb.

"Bu hücumlar ayrı-seçkilik deyil, biz mülki əhalinin tələfatının qarşısını almaq üçün mümkün olan hər şeyi edirik. Məsələn, Malidə fransız əsgərləri terrorçuların liderlərinə hücum edib və təsadüfən toy mərasimini bombalayıblar. Üç terrorçu öldürülüb, çoxlu sayda dinc sakin həlak olub. Bu faciədir. Lakin mən deməzdim ki, Fransa prezidenti Emmanuel Makron hərbi cinayətkardır və Fransa ordusu bunu qəsdən edib", - deyə baş nazir bildirib.

Mənbə: TASS

0.038586139678955