Çempionlar Liqası: "Borussiya Dortmund" "Real Madrid"ə qarşı - AFİŞA

Bu gün UEFA Çempionlar Liqasının finalında "Borussiya Dortmund" "Real Madrid"lə üz-üzə gələcək.

hakimiyyet.az xəbər verir ki, gərgin mübarizə vəd edən görüşə komandalar itkilərlə çıxacaqlar.

Almaniya təmsilçisinin heyətində Rami Bensebaini və Sebastyen Alle zədə üzündən görüşü buraxmalı olacaqlar. Jülyen Düranvil və Mateu Bausanın oynayıb-oynamayacaqları sual altındadır.

UEFA Çempionlar Liqasını 14 dəfə qazanmış İspaniya təmsilçisində isə Andrey Lunin və Orelyen Tçuameni zədə üzündən komandaya kömək edə bilməyəcəklər.

Qeyd edək ki, final görüşü Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

1 iyun

UEFA Çempionlar Liqası

23:00. "Borussiya Dortmund" - "Real Madrid"

"Uembli" stadionu (London)

Baş hakim - Slavko Vinçiç (Sloveniya)

0.17679500579834