"Arsenal"ın baş məşqçisinin gələcəyi bəlli olub

"Arsenal" komandanın baş məşqçisi Mikel Arteta ilə yeni müqavilə hazırlayıb.

Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Məlumata görə, yaxın vaxtlarda 42 yaşlı ispaniyalı mütəxəssis üçün yeni təklif tərəflər arasında razılaşdırılacaq. Klub rəhbərliyi məşqçinin işindən razıdır. Hər iki tərəf bir-biri ilə yeni müqavilə imzalamaq istəyir. Məşqçi ilə klub arasında müqavilə imzalansa, Mikel Arteta Avropanın ən çox maaş alan məşqçilərindən birinə çevriləcək.

Qeyd edək ki, ispaniyalı 2019-cu ilin dekabrından "Arsenal"a rəhbərlik edib. Rəhbərliyi altında onlar İngiltərə kubokunu və iki dəfə İngiltərə Superkubokunu qazanıblar.

2023/2024 mövsümündə "Arsenal" "Mançester Siti" ilə matçda 2 xal itirərək, Premyer Liqa turnir cədvəlini ikinci yerdə tamamlayıb.

Artetanın londonlularla hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Mənbə: Championat

0.12037205696106