Azərbaycan millisi Basketbol üzrə Dünya Qadın Seriyasına qələbə ilə başlayıb

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Qəbələ mərhələsinə start verilib.

hakimiyyet.az xəbər verir ki, turnirinin açılış oyununda Azərbaycan millisi və "Baku Flames" komandası üz-üzə gəliblər.

Gərgin mübarizə ilə keçən görüş Azərbaycan millisinin 21:6 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, reqlamentə əsasən, qrup qalibləri birbaşa yarımfinala yüksələcəklər. İkinci və üçüncü sıranın sahibləri isə bir-biriləri ilə çarpaz şəkildə 1/4 final mərhələsində üz-üzə gələcəklər.

Qeyd edək ki, Qəbələ mərhələsinə iyunun 3-də yekun vurulacaq.

Bu gün 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Qəbələ mərhələsinə start veriləcək.

hakimiyyet.az xəbər verir ki, turnirdə 5 milli komanda və 3 klub olmaqla, ümumilikdə 8 kollektiv 2 qrupda çıxış edəcək. A qrupunda Azərbaycan, Portuqaliya, yığmaları, həmçinin "Baku Flames" və "Warsaw Lotto" (Polşa) klubları mübarizə aparacaq. B qrupunda isə İtaliya, Rumıniya və Polşa milliləri ilə yanaşı, "Barcelona Panthers" (İspaniya) klubu yer alıb.

Reqlamentə əsasən, qrup qalibləri birbaşa yarımfinala yüksələcək.

İkinci və üçüncü sıranın sahibləri isə bir-biriləri ilə çarpaz şəkildə 1/4 final mərhələsində üz-üzə gələcəklər.

Qeyd edək ki, Qəbələ mərhələsinin açılış oyunu saat 16:30-da Azərbaycan millisi və "Baku Flames" klubu arasında baş tutacaq.

Anar Həsənov

0.072597026824951