Azərbaycan kapoeyraçıları Budapestdə Avropa çempionatını uğurla başa vurubla

Azərbaycan Kapoeyra Federasiyasının seçmə komandası WCF (World Capoeira Federation) tərəfindən Macarıstanın Paytaxtı Budapestdə keçirilən Kapoeyra üzrə Avropa çempionatını uğurla başa vurub.

hakimiyyet.az xəbər verir ki, komandamız 6 qızıl, 2 gümüş, 3 bürünc olmaqla ümumilikdə 11 medal qazanıb.

Azərbaycan Komandası medalların sayına görə Avropa çempionatında 1-ci yerə layiq görülüb.

Qaliblər:

"Cadets 12":

Fikrət Dadaşov - qızıl medal.

"Boys - 16":

Cəfər Usubov - qızıl medal;

Şahyarov Səid - bürünc medal.

"Boys - 18":

Dilqəm İsmayılov - qızıl medal;

Əli Tağızadə - bürünc medal.

"Girls":

Mehriban Hacıbabayeva - qızıl medal;

Gülçöhrə Abbasova - gümüş medal.

"Women":

Asya Atayeva - gümüş medal;

Xədicə Zeynallı - bürünc medal.

"Men - 70 kg":

Fərid Səlimov - qızıl medal.

"Men +82 kg":

Fərid Allahverdiyev - qızıl medal.

Anar Həsənov

0.070049047470093