Səudiyyə Ərəbistanı klubu türkiyəli futbolçuya illik 12 milyon avro maaş təklif etdi

Səudiyyə Ərəbistanı Liqasında çıxış edən "Əş-Şəbab" klubu türkiyəli cinah hücumçusu üçün 12 milyon avro təklif edib.

Məlumata görə, "Əş-Şəbab" rəsmiləri "Lill" klubu ilə görüşərək Yusuf Yazıcını transfer etmək istədiklərini bildiriblər.

Yusuf Yazıcı ilə də görüşən rəsmilər illik 12 milyon avro maaş təklif ediblər.

Qeyd edək ki, İtaliyanın "Milan" klubu da Yusuf Yazıcının transferində maraqlıdır.

Mənbə: Trtspor.com.tr

0.23199605941772