Ceyms Meddison milli komandanın iştrak ərizəsindən çıxarıldı

İngiltərə millisinin aparıcı futbolçularından sayılan Ceyms Meddison iştirak ərizəsindən çıxarılıb.

Məlumata görə, təcrübəli futbolçunun mövsümü uğursuz başa vurması baş məşqçi Qaret Sautqeyti bu addımı atmağa vadar edib.

Ceyms Meddison 40 milyon funt sterlinq qarşılığında "Lester Siti"dən "Tottenhem"ə transfer olunsa da, zədələr təcrübəli futbolçuya oynama şansı verməyib.

Qeyd edək ki, Ceyms Meddison məsələ ilə bağlı açıqlamasında sadəcə üzgün olduğunu bildirib.

Mənbə: Goal.com

0.070243120193481