"Mançester Siti"nin hücumçusu Cek Qriliş və "Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr Almaniyada keçiriləcək Avropa çempionatına getməyəcəklər.
İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt bildirib ki, Qriliş əvvəllər yığmada mühüm rol oynasa da, "Siti"nin futbolçusunun hazırkı forması onu qane etmir. Harri Maquayr isə aprel ayında aldığı baldır zədəsi səbəbi ilə Avropa çempionatını buraxacaq. Belə ki, onun turnirədək bərpa olunmağa vaxtı olmayacaq.
Futbol üzrə İngiltərə millisinin Avropa çempionatı üçün yekun heyəti açağıdakı kimidir:
Qapıçılar: Din Henderson ("Kristal Pelas"), Cordan Pikford ("Everton"), Aron Remsdeyl ("Arsenal").
Müdafiəçilər: Lyuis Dank ("Brayton"), Co Qomez ("Liverpul"), Mark Qei ("Kristal Pelas"), Ezri Konsa ("Aston Villa"), Lyuk Şou ("Mançester Yunayted"), Con Stounz ("Mançester Yunayted"), Kiran Trippyer ("Nyukasl") , Kayl Uoker ("Mançester Siti").
Yarımmüdafiəçilər: Trent Alexander-Arnold ("Liverpul"), Konor Qallaher ("Çelsi"), Kobbi Maynu ("Mançester Yunayted"), Deklan Rays ("Arsenal"), Adam Uorton ("Kristal Pelas").
Hücumçular: Cud Bellinqem ("Real", Madrid), Carrod Bouen ("Vest Hem"), Ebereçi Eze ("Kristal Palas"), Fil Foden ("Mançester Siti"), Entoni Qordon ("Nyukasl"), Harri Keyn ("Bavariya"), Koul Palmer ("Çelsi"), Bukayo Saka ("Arsenal"), Ayvan Toni ("Brentford"), Olli Uotkins ("Aston Villa").
Mənbə: championat.com