Polşalı tennisçi ardıcıl üçüncü dəfə "Roland Qarros"u qazandı

Polşa təmsilçisi İqa Şvyontek Fransa Açıq çempionatının (Rolan Qarros) final matçında italyan tennisçi Jasmin Paoliniyə qalib gəlib.

Turnir Parisdə keçirilib.

Görüş 6:2, 6:1 hesabı ilə dünya reytinqində 1-ci pillədə qərarlaşan Şvyontekin xeyrinə başa çatıb.

Bununla da, Şvyontek Fransa Açıq Çempionatında qalibiyyət seriyasını 21 matça çatdırıb. O, sonuncu dəfə bu yarışda 2021-ci ildə turnirin 1/4 finalında yunan Mariya Sakkariyə məğlub olub.

Mənbə: TASS

0.069053888320923