İsraildə mərkəzçi partiya hökuməti tərk etdi

İsrailin müdafiə kabinetindəki naziri Benni Qantz rəhbərlik etdiyi mərkəzçi Dövlət Düşərgəsi partiyasının birlik hökumətindən çıxdığını elan edib.

O, Baş nazir Binyamin Netanyahunu ölkədə erkən seçkinin tarixini razılaşdırmağa çağırıb.

"Biz birlik hökumətindən ayrılırıq", - deyə Qantz xüsusi çağırılan mətbuat konfransı zamanı bəyan edib.

Qantsın partiyası hökuməti tərk etdikdən sonra Netanyahunun koalisiyası 120 yerlik Knessetdə (ölkə parlamenti) 64 yerin əksəriyyətinə nəzarəti davam etdirir.

Mənbə: TASS

0.048115968704224