"Qarabağ" "Ştutqart"ın qapıçısı ilə anlaşdı

Rusiyalı qolkiper Andrey Lunyovla yollarını ayıran "Qarabağ" onun yerini xorvat qolkiperlə dolduracaq.

Futbolinfo.az-ın xəbərinə görə, Ağdam klubu Portuqaliyanın "Vizela" klubunda çıxış edən Fabiyan Buntiçlə anlaşıb.

27 yaşlı oyunçu bu gün Bakıya gələcək. O, tibbi müayinədən keçdikdən sonra müqaviləyə imza atacaq.

Qeyd edək ki, Fabiyan Buntiç Almaniya vətəndaşlığına da sahibdir. 2013-cü ildən "Ştutqart"da yetişən qapıçı bu klubun U-19 komandasına kimi yüksəlib, 2016-cı ildə "İnqolştadt"a keçib. Aşağı dəstə klubunda 6 il keçirən Fabiyan, 2022-ci ildə "Vizela"ya yollanıb. Son mövsümdə bütün turnirlərdə 32 matçda 62 top buraxan Buntiç Xorvatiyanın U-18 və U-19 millilərində çıxış edib.

0.055130004882812